Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.
Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da Birinci Liqanın VIII turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda təşkil ediləcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.”Xankəndi” klubu bundan sonrakı ev oyunlarını bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.

















