Rusiyanın “Krasnodar” klubundan ayrılan qadınlardan ibarət Azərbaycan yığmasının kapitanı Sevinc Cəfərzadə karyerasını Türkiyədə davam etdirəcək. Futbolçu bu ölkənin “Yüksekova” komandası ilə 1 illik müqavilə imzalayıb. Yığmamızın qapıçısı Aytac Şərifova da bu komandada oynayır. Qeyd edək ki, Cəfərzadə 2010-cu ildən Azərbaycanın millisində forma geyinir.