AFFA Region Liqasının 2026/2027 mövsümünə yeni formatda start verilib.

AFFA Futbol Layihələri Şöbəsinin rəhbərliyi və Regional Futbol Federasiyalarının iştirakı ilə keçirilən turnirdə 70-dən çox komanda mübarizə aparır.

Bu mövsüm Bakı, Mərkəz, Şimal, Cənub, Qarabağ, Şimal-Qərb və Qərb regionları ilə yanaşı, liqaya uzun fasilədən sonra Naxçıvan komandaları da qoşulub.

Qeyd edək ki, AFFA Region Liqası 2027-ci ilin may ayınadək davam edəcək.