Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
39 yaşlı hakim Avropa Liqasında Liqa mərhələsinin IV turu çərçivəsində İspaniyada “Selta Viqo” və Belçikanın “Yunion Sent-Jilluaz” komandaları arasında keçiriləcək matçı idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Xatırladaq ki, “Selta Viqo” – “Yunion Sent-Jilluaz” oyunu noyabrın 5-i gecə saat 12-də start götürəcək.













