Bu gün UEFA Çempionlar Liqasında IV tura start veriləcək. Günün mərkəzi görüşündə “Atletiko Madrid” “Bayern Münhen”i qəbul edəcək. Son çempion “Paris Sen-Jermen” “Vilyarreal”ın qonağı olacaq. “Barselona” “Aston Villa”nı qəbul edəcək. “Mançester Yunayted” doğma meydanda “Roma” ilə qarşılaşacaq. Türkiyə təmsilçisi “Qalatasaray” isə İstanbulda “Ştutqart”la üzləşəcək.

21.45. “Şaxtyor” (Ukrayna) – “Sportinq” (Portuqaliya)

21.45. “Qalatasaray” (Türkiyə) – “Ştutqart” (Almaniya)

00.00. “Atletiko Madrid” (İspaniya) – “Bayern Münhen” (Almaniya)

00.00. “Barselona” (İspaniya) – “Aston Villa” (İngiltərə)

00.00. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya)

00.00. “Budö-Qlimt” (Norveç) – “Lill” (Fransa)

00.00. LASK (Avstriya) – “Slovan” (Slovakiya)

00.00. “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya)

00.00. “Vilyarreal” (İspaniya) – PSJ (Fransa)

Turun daha 9 oyunu sabaha təyin edilib.