“Qarabağ” Misli Premyer Liqasının ev oyunlarını “Azersun Arena”da keçirəcək.
Peşəkar Futbol Liqasının vediyi məlumata görə Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonunda renovasiya işlərinin aparılması ilə əlaqədar PFL-ə müraciət edib.Klubun müraciətini və “Azersun Arena”nın oyunları qəbul etməyə hazır olduğunu nəzərə alan PFL qərar qəbul edib.
Beləliklə, “Qarabağ” Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”la qarşılaşmadan etibarən ev oyunlarını məhz bu stadionda keçirəcək.

















