Azərbaycan idmançılarının 2026-cı ilin noyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev 470 xalla birinci pilləyə yüksəlib.
Bakıda dünya çempionu olan cüdoçu Əhməd Yusifov ikinci, Astanadakı mundialda üçüncü yeri tutan sərbəst güləşçi Giorgi Meşvildişvili isə üçüncü yeri tutub.
Növbəti sıralarda cüdoçu Zelim Tçkayev, yunan-Roma güləşçisi Nihat Məmmədli, cüdoçu Uşanqi Kokauri, yunan-Roma güləşçisi Sənan Süleymanov, sərbəst güləşçi Əli Tsokayev, boksçu Səidcəmşid Cəfərov və yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıblar.













