Azərbaycan millisi FIFA U-15 Dünya Çempionatı və Festivalında bu gün sonuncu matçına çıxıb.

Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda görüşdə Əfqanıstan seçməsi ilə qarşılaşıb.

Hövsan Yarış Kompleksində keçirilən matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Əfqanıstan komandası daha yaxşı olub. Beləliklə, Azərbaycan millisi mundialı 84-cü pillədə başa vurub.