Qazaxıstanın paytaxtı Astana şəhərində güləş üzrə dünya çempionatı davam edir. Yarışın üçüncü günündə Azərbaycanın üç yunan-Roma güləşçisi xalaça üzərinə çıxıb.

63 kq-da mübarizə aparan Nihat Məmmədli bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. O, sabah həlledici dueldə ermənistanlı Karen Aslanyanla üzləşəcək.

67 kq-da yarımfinalda uduzan Həsrət Cəfərov bürünc uğrunda yarışacaq. 87 kq-da 1/8 final səddini keçə bilməyən İslam Abbasov isə üçüncü yeri tutmaq üçün təsəlliverici görüşdə gücünü sınayacaq.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 qızıl medal var. 55 kq-da Eldəniz Əzizli və 77 kq-da Sənan Süleymanov dünya çempionatının qalibi olublar.