Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mərasimdə “Qızıl top” mükafatının sahibləri müəyyənləşib. İlin ən yaxşı futbolçusu mükafatının sahibi Harri Keyn olub. Ötən mövsüm “Bayern Münhen”lə Almaniya çempionu və ölkə kubokunu əldə edən, 36 qolla “Qızıl buts” mükafatını qazanan forvard həmçinin ilin ən yaxşı hücumçusu adına da layiq görülüb.
Kilian Mbappe və Lamin Yamalı qabaqlayan futbolçu bəzi seriyalara da son qoyub. 25 il aradan sonra ilk dəfə bir ingiltərəli oyunçu bu mükafatı əldə edib. Belə ki, Keynə qədər axırıncı dəfə belə uğura Maykl Ouen nail olmuşdu. Həmçinin o, “Bayern”in 45 ildən sonra “Ballon dor”a sahib çıxan ilk futbolçusu kimi tarixə keçib. Keyn, qalib olması ilə bağlı bunları deyib.
“Atletik Bilbao”nun qapıçısı Unay Simon mövsüm qapıçısı, Lamin Yamal ardıcıl 3-cü dəfə ən gənc futbolçusu seçilib. İspaniya millisini dünya çempionu edən Luis de la Fuente ən yaxşı məşqçisi olub. Aleksiya Putelyas isə ən yaxşı qadın futbolçusu adına layiq görülüb. O, Aytana Bonmatidən sonra üç dəfə bu mükafata sahib çıxan ikinci qadın oyunçu olub. Mövsümün ən yaxşı kişi komandası “Paris Sen-Jermen”, ən yaxşı qadın kollektivi isə “Barselona” seçilib. Əlavə edək ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe 9 il ardıcıl “Qızıl top”da ilk 10-luğa daxil olan birinci fransalı futbolçu olub.













