Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının qrup mərhələsində son oyununa çıxıb.
AF qrupunda yer alan komandamız Haiti seçməsi ilə üzləşib. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, 3 qələbə, 2 məğlubiyyətlə yadda qalan millimiz 9 xalla qrupu üçüncü yeri tutub.

















