Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov Latviyada keçirilən “Riga City Council’s Youth Cup 2026” turnirində mükafatçılar sırasına düşüb.

Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi U-19 kateqoriyasında üçüncü yeri tutub. O, qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya təmsilçilərinə qalib gələrək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu, Bağırovun beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.