Qazaxıstanın paytaxtı Astana şəhərində güləş üzrə dünya çempionatı keçirilir. Bu gün turnirdə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxıb.
Onlardan 72 kq-da Ülvi Qənizadə, 97-də Murad Əhmədiyev və 130 kq-da Sərxan Məmmədov mükafatçılar sırasına düşə bilməyiblər.
55 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək karyerasında beşinci dəfə mundialın qalibi olub.
Həmçinin 77 kq-da mübarizə aparan Sənan Süleymanov həlledici dueldə moldovalı Aleksandrinu Qutunu məğlub edərək ilk dəfə dünya çempionu olub.












