FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər.​

Səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub və turnirin ilk oyunlarını izləyiblər.

Qeyd edək ki, bu axşam “Baku Crystal Hall”da yarışın rəsmi açılış mərasimi və Azərbaycan – Şərqi Timor qarşılaşması keçiriləcək.