“Neftçi”yə qarşı matçda qırmızı vərəqə alaraq meydanı tərk edəndən sonra özünə xəsarət yetirən “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə bu gün əməliyyat olunacaq.

Xatırladaq ki, o, kənarda əli ilə dəhlizin şüşəsini sındırıb və böyük şüşə parçası ayağına düşərək yarımmüdafiəçini zədələyib. Bu xəsarətin onun gələcək idman həyatı üçün təhlükə yaratmadığını təsdiqlənib.

Futbolçunun 5 ay meydandan kənar qalacağı gözlənilir.