Bu gün Misli Premyer Liqasında IX turun daha iki görüşü keçiriləcək.
Əvvəlcə debütant “Şəfa” “Kəpəz”i qəbul edəcək. Tərəflər indiyə qədər qarşılaşmayıblar. Paytaxt təmsilçisi liqada ardıcıl 6 oyundur məğlub olur. Azər Məmmədovun yetirmələri isə son 4 matçda uduzmayıb. Saat 16:30-da “SOCAR Polymer Arena”da başlanacaq matçın baş hakimi Cavid Cəlilovdur.
Günün ikinci qarşılaşmasında çempionluq uğrunda mübarizə aparan “Neftçi” “Palms Sports Arena”da avrokubokara vəsiqəni hədəfləyən “Turan Tovuz”u qəbul edəcək. Meydan sahibləri ötən mövsüm keçirilən oyunlarda qərb təmsilçisinin qapısına yol tapa bilməyib. Kurban Berdiyevin yetirmələri isə rəqibi ilə Bakıda keçirilən son 4 oyunda uduzmayıb. Komandalar arasında baş tutan son 5 matça nəzər saldıqda “ağ-qaralar” 1, Tovuz təmsilçisi isə 2 qələbə qazanıb. Digər 2 oyunda qalib müəyyənləşməyib. Saat 19-da start götürəcək oyunda ədaləti Əli Əliyev qoruyacaq.














