Azərbaycanın qadın FIFA referisi Fəridə Lütfəliyeva UEFA tərəfindən təyinat alıb.

O, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq. Fəridə Lütfəliyeva oktyabrın 25-də Uels – Lüksemburq, 31-də isə Lüksemburq – Gürcüstan qarşılaşmalarını idarə edəcək.

Referi, bundan əlavə, oktyabrın 28-də Uels – Gürcüstan oyununda dördüncü hakim kimi fəaliyyət göstərəcək. Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim olacaq.