Azərbaycan Basketbol Liqasında mübarizə davam edir. Bu gün XV turun daha iki görüşü keçirilib.
B qrupunda “Sumqayıt”la qarşılaşan “Sərhədçi” 98:94 hesablı çətin qələbə qazanıb.
A qrupunda liderlik uğrunda yarışan komandaların duelində “Abşeron Lions”un qonağı olan “Sabah” 117:96 hesablı qalibiyyətlə xalını 29-a çatdırıb və vahid liderə çevrilib. “Bayquşlar” “şirlər”i 1 xal qabaqlayır. B qrupuna isə 29 xalla “Ordu” başçılıq edir.
Qeyd edək ki, XV tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.











