Bu gün Misli Premyer Liqasında IX tura start verilir.
açılış görüşündə “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək. Komandaların turnir cədvəlinin son pillələrində mövqe tutması qarşılaşmaya marağı artıran məqamlardandır. Muxtar respublika təmsilçisi ev sahibi olduğu matçlarda rəqibinə məğlub olmayıb. “Radarlar” is son 6 matçın hər birində rəqib qapısına yol tapmağı bacarıb. Saat 15-də start götürəcək qarşılaşmanı Əkbər Əhmədov idarə edəcək.
Günün digər oyununda “Zirə” və “Sumqayıt” kollektivləri üz-üzə gələcək. Rəşad Sadıqovun kollektivi son 7 qarşılaşmada rəqibinə qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi isə 22 matçdır “qartallar”ı məğlub edə bilmir. Mövsümə yaxşı başlayan “Zirə” 5 matçdır qələbəyə həsrətdirsə, “kimyaçılar” ardıcıl 4 oyundur məğlubiyyətin nə olduğunu bilmir. Zirə İdman kompleksinin stadionundada təşkil ediləcək görüşün start fitini saat 19-da Tural Qurbanov səsləndirəcək.
















