Bu gün Misli Premyer Liqasında XXXI tura start verilir.

Açılış qarşılaşması Quba Olimpiya İdman Kopleksinin stadionunda baş tutacaq. Burada “İmişli” və “Zirə” kollektivləri münasibətlərinə aydınlıq gətirəcək. Saat 16:30-da start götürəcək qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimovdur.

Günün digər matçında çempionatın bitməsinə 4 tur qalmış qızıl medalları təmin edən “Sabah” “Kəpəz”lə qarşılacaq. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın start fitini saat 19:30 Elvin Bayramov səsləndirəcək. Tura mayın 10-da yekun vurulacaq.