Bakıda təşkil olunacaq FIFA U-15 dünya çempionatı və festivalında oyunları idarə edəcək hakimlərin sayı açıqlanıb.
Mundial oyunlarında 75 yerli və 6 əcnəbi hakim iş başında olacaq. Ədalət təmsilçilərinin 3-ü Türkiyədən, digər 3-ü isə Gürcüstan Futbol Federasiyasından yarışa dəvət alıb. Azərbaycan milisinin oyunlarını əcnəbi hakimlərin idarə edəcəyi bildirlib.
Oktyabrın 24-də başlayacaq turnirdə 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulub.
















