Bakıda cüdo üzrə dünya çempionatına yekun vurulub. Son gündə qarışıq komandaların yarışı baş tutub.
Azərbaycan millisi 1/16 finalda Avstriyanı mübarizədən kənarlaşdırıb. Ancaq növbəti etapda Yaponiya komandası seçməmiz üçün keçilməz olub. Finala kimi uğurla irəliləyən və həlledici dueldə Rusiyanı üstələyən Yaponiya fərdi yarışda olduğu kimi komandalar arasında da ən güclü adını qazanıb.
1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanan Azərbaycan millisi Gürcüstanın ardından üçüncü yeri tutub.











