Misli Premyer Liqasında VII tura iki görüşlə yekun vurulub.
“İmişli” – “Qarabağ” matçında Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Aleksey Kaşuk 59-cu, Jali Muaddib isə 88-ci dəqiqədə fərqlənib. Xallarını 16-ya çatdıran “Qarabağ” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 4 xalı olan “İmişli” isə 9-cudur.
Günün ikinci matçında “Turan Tovuz” səfərdə “Şəfa”ya minimal hesabla qalib gəlib – 1:0. Görüşdə yeganə qolu Dioqo Balau ilk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə vurub. Qələbə sayəsində xallarını 14-ə çatdıran Tovuz təmsilçisi 4-cü pillədəki mövqeyini möhkəmləndirib. 3 xalı olan “Şəfa” isə 11-cidir.














