Misli Premyer Liqasında VII tura start verilib.

Açılış matçında “Kəpəz” “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəlib. Xalını 10-a çatdıran Gəncə klubu 6-cı pilləyə yüksəlib. Yeni baş məşqçisi Yuri Makaimovla ilk matçında uduzan Muxtar Respublika təmsilçisi isə 2 xalla sonuncudur.

Mərkəzi qarşılaşma “Palm Sports Arena”da baş tutub. Burada “Neftçi” “Sabah”ı qəbul edib. Görüşdə hesab açılmayıb – 0:0. Hazırda “Neftçi” 16 xalla ilk pillədədir. 1 oyun az keçirən “Sabah” “ağ-qaralar”dan yalnız əlavə göstəricilərdə geri qalır.