Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Kişilər

60 kq, 1/8 final

Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə

Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

66 kq, 1/16 final

Turan Bayramov – Nikolas Kuntse (Almaniya)

73 kq, 1/16 final

Hidayət Heydərov – Konstantinos Tsaparas (Yunanıstan)

81 kq, 1/16 final

Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə

Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə

90 kq, 1/16 final

Murad Fətiyev – Aleks Çeret (Rumıniya)

100 kq, 1/16 final

Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final

Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə

Qadınlar

48 kq, 1/16 final

Könül Əliyeva – Amber Gersyes (Niderland)

Şəfəq Həmidova – Erza Muminoviç (Kosova)

52 kq, 1/16 final

Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)

Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)

70 kq, 1/32 final

Südabə Ağayeva – Maya Goşen (İsrail)

+78 kq, 1/16 final

Madina Kaisinova – Elis Startseva (Rusiya)

Azərbaycan qitə birinciliyində 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Mötəbər turnirdə 46 ölkədən 400 idmançı iştirak edəcək.

Aprelin 16–19-da keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi hər gün saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.