Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatında yarışan Azərbaycanın “Odlar Yurdu” kollektivi növbəti görüşünü keçirib.
Komandamız Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav kimi zəka ustalarının yer aldığı “WR Chess” kollektivi ilə üzləşib və 3,5:2,5 hesablı qələbə qazanıb. Qarşılaşmanın ən gözlənilməz nəticəsi Aydın Süleymanlının dünya şöhrətli şahmatçı Maqnus Karlsenə qalib gəlməsi olub.
Qeyd edək ki, hazırda “Odlar Yurdu” 15 xalla 8-ci pillədə qərarlaşıb.














