İtaliyanın “Bolonya” komandası müdafiəçi Matteo Darmianı heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı italiyalı futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, M.Darmian iyulun 1-də “İnter”lə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent statusunda idi. O, karyerası ərzində İtaliyanın “Parma”, “Torino”, “Palermo”, “Milan”, İngiltərənin “Mançester Yunayted” klublarında çıxış edib.

“Transfermarkt” portalı onun dəyərini 1,4 milyon avro qiymətləndirir.