Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Yarışın beşinci günündə Azərbaycanın daha dörd idmançısı tatamiyə çıxacaq.
90 kq-da Süleyman Şükürov birinci görüşündə norveçli Kornelius Eylertsenlə, Elcan Hacıyev ABŞ-li Aleksandr Knaufla üzləşəcək. Bu çəkidəki digər cüdoçumuz Murad Fətiyev ilk mərhələdən azaddır.
Qadınlar arasında isə 70 kq-da Südabə Ağayeva İspaniyadan Ay Tsunoda-Rustandla qarşılaşacaq.
Hazırda millimizin aktivində 4 mükafat var. 60 kq-da Əhməd Yusifov qızıl, 81 kq-da Zelim Tçkayev gümüş, 73 kq-da Rəşid Məmmədəliyev və 81 kq-da Ömər Rəcəbli bürünc medal əldə edib.









