Bakıda cüdo üzrə dünya çempionatı davam edir. “CBC Sport”da canlı yayımlanan yarışın dördüncü günündə iki Azərbaycan təmsilçisi medal qazanıb.

81 kq-da yalnız finalda gürcüstanlı Toto Qriqalaşviliyə uduzan Zelim Tçkayev ikinci yeri tutub.

Bu çəkidəki digər cüdoçumuz Orxan Rəcəbli isə üçüncülük uğrunda görüşdə qazaxıstanlı Abilayxan Jubanazarı məğlub etməyi bacarıb.

Hazırda millimizin aktivində 1 qızıl, 1 gümüş və 2 bürünc medal var. Daha əvvəl 60 kq-da Əhməd Yusifov qızıl, 73 kq-da Rəşid Məmmədəliyev bürünc mükafata sahib çıxıb. 🇦🇿