Bu gün Azərbaycanın “LANDAU Lions” və “Gəncə” basketbol komandaları FIBA Avropa Kubokunun qrup mərhələsində ilk oyunlarını keçirəcəklər.
G qrupunda yer alan “LANDAU Lions” Bakı İdman Sarayında təşkil edilən matçda “Lions De Jenev” ilə üzləşəcək. Görüş saat 19:00-da başalayacaq.
“Gəncə” isə C qrupu çərçivəsində “Esenler Erekspor”la üsləşəcək. Türkiyədə, İstanbul şəhərində təşkil ediləcək matç saat 20:00-da start götürəcək.










