“Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

Bu dəfə “Red Bull”dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

“Mersedes” pilotu Corc Rassell ikinci, “Ferrari”dən Lüis Hemilton üçüncü yeri tutub.

Bu gün əsas pilotların sıralama turu da gerçəkləşəcək.

Ötən gün “Mersedes” pilotu Corc Rassell birinci və ikinci sınaq yürüşündə ən yaxşı nəticəni göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.