Azərbaycanın avrokuboklardakı təmsilçilərindən olan “LANDAU Lions” basketbol klubu bu gün FIBA Çempionlar Liqasında ilk oyununa çıxacaq.
Komandamız II təsnifat mərhələsində Latviyanın “VEF Riqa” kollektivi ilə qarşılaşacaq. Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 15:15-də start veriləcək.
Cütün qalibi növbəti raundda “Opava” (Çexiya) – “Dziki” (Polşa) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək. Məğlub olan tərəf isə yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.












