Bu gün Misli Premyer Liqasının II turunun daha iki görüşü keçiriləcək.

“Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionunda saat 18:30-da start götürəcək oyunu Rauf Cabarov idarə edəcək.

“Neftçi” isə evdə “Araz-Naxçıvan”la üzləşəcək. Start fiti saat 20:45-də “Palms Sports Arena”da səslənəcək matçda ədaləti Rəşad Əhmədov qoruyacaq. Hər iki qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq.