Misli Premyer Liqasının XXI turunda üz-üzə gələcək “Neftçi” və “Qarabağ” komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.

Fevralın 18-i UEFA Çempionlar liqasının pley-off matçında “Nyukasl”ı qəbul edəcək “Qarabağ”ın rəsmi müraciəti, “Neftçi” klubunun razılığılı ilə bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

Görüşün hansı vaxt baş tutacağı ilə bağlı məlumat hələlik yoxdur.