İtaliyalı konkisürən Françeska Lollobricida vətənində keçirilən Qış Olimpiya Oyunlarında ikinci qızıl medal qazanıb.
O, 5000 metr məsafəyə yarışda 6 dəqiqə, 46,17 saniyəlik nəticə ilə bütün rəqiblərini geridə qoyub. Lollobricida, ən yaxın izləyicisi niderlandlı Merel Konaynı 0,1 saniyə qabaqlayıb.
Qeyd edək ki, Lollobricida cari turnir 3000 metr məsafəyə konkisürmədə də birinci pilləni tutub.












