Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” pley-off mərhələsində ilk oyununa çıxıb.

Komandamız Rumıniyanın paytaxtı Buxarestə keçirilən matçda İsrailin “Hapoel Beer-Şeva” kollektivi ilə qarşılaşıb. Görüşdə hesabı Velko Simiçlə “bayquşlar” açsa da, yekunda nominal meydan sahibləri 2:1-lik qələbəni bayram ediblər.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək cavab oyunu avwustun 25-i baş tutacaq.