UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura bu gün yekun vurulub.

İkinci oyun günündə daha 9 qarşılaşma keçirilib.

Günün maraqla gözlənilən matçı İspaniyada baş tutub. “Real” doğma azarkeşləri önündə İngiltərənin “Mançester Siti” klubu ilə üz-üzə gəlib. “Qarabağ” isə Bakıda “Ayaks”la qarşılaşıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

“Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) 2:4

“Vilyarreal” (İspaniya) – “Kopenhagen” (Danimarka) 2:3

“Atletik” (İspaniya) – PSJ (Fransa) 0:0

“Bayer 04” (Almaniya) – “Nyukasl” (İngiltərə) 2:2

“Benfika” (Portuqaliya) – “Napoli” (İtaliya) 2:0

“Brügge” (Belçika) – “Arsenal” (İngiltərə) 0:3

“Borussiya” (Dortmund, Almaniya) – “Budö-Qlimt” (Norveç) 2:2

“Yuventus” (İtaliya) – “Pafos” (Kipr) 2:0

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 1:2