AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Misli Premyer Liqasının I turunda baş verən pozuntulara hüquqi qiymət verilib. Qərara əsasən, “Karvan-Yevlax” – “Qəbələ” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün qonaq komanda 700 manat cərimələnib. Qeyd edək ki, mövsümün açılış qarşılaşması bərabərliklə yekunlaşıb – 1:1.