Misli Premyer Liqasında III turun daha iki görüşü keçirilib. Günün ilk oyununda “Zirə” ilk iki turda uduzan “Kəpəz”i qəbul edib. Görüş ev sahiblərinin 5-0 hesablı inamlı qələbəsi ilə sonlanıb. Gəncə klubu 2017-ci ildən bəri “Zirə”yə qalib gələ bilmir. İkinci matçda isə “Araz-Naxçıvan” “Qəbələ” qarşılaşıb və 2-1-lik qalibiyyətə sevinib. Hazırda turnir cədvəlinə 7 xala malik “Zirə”, “Araz-Naxçıvan” və “Sumqayıt” şərikli liderik edirlər. III tur sabah keçiriləcək “Karvan-Yevlax” – “Qarabağ”, “Sabah” – “İmişli” görüşləri ilə yekun vurulacaq. Müvafiq olaraq saat 17-də və 19:30-da start götürəcək oyunlar “CBC Sport”la canlı yayımlanacaq.