“Turan Tovuz” heyətimi yeni futbolçu ilə gücləndirib. Qərb təmsilçisi Rahil Məmmədovu transfer edib.
Azərbaycan millisinin üzvü ilə 1+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, son olaraq “Araz-Naxçıvan”da oynamış müdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın “LKS Lodz” və “Radomiak” klublarının da formasını geyinib.
















