İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasının təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Çempionlar yolunda mübarizə aparan azərbaycan təmsilçisi “Sabah”ın U-19 komandasının da rəqibi bəlli olub. Tələbələr ikinci etapda Fransadan “Nant” ilə üzləşəcəklər. Bu raundun ilk oyunları oktyabrın 22-də, cavab görüşləri noyabrın 5-də baş tutacaq. “Sabah” ilk oyununu səfərdə keçirəcək. Qeyd edək ki, “Sabah”la yanaşı “Qarabağ” da UEFA Gənclər liqasında yarışacaq. Ağdam klubunun U-19 kollektivi turnirin əsas mərhələsində “Benfika” (Portuqaliya), “Kopenhagen” (Danimarka), “Atletik” (İspaniya), “Çelsi” (İngiltərə), “Napoli” (İtaliya) və “Ayaks”la (Niderland) qarşılaşacaq.


















