“Şamaxı” klubu İsraildən olan futbolçu Teşager Dequnu heyətinə qatıb.

Bu barədə bölgə təmsilçisi məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə imzalanıb.

Xatırladaq ki, Teşager Dequ son olaraq İsraildə “İroni” (Modin) klubunun formasını geyinib.