Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatı start götürəcək. Yarışda Azərbaycan 14 zəka ustası ilə təmsil olunacaq.
Qitə çempionatında Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaqlar.
43 ölkədən 502 şahmatçının qatılacağı yarış gələn il baş tutacaq Dünya Kubokuna vəsiqə verəcək.












