UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib. Bunu qrumun prezidenti Alkesandr Çeferin qeyd edib. Belə ki, 2025/2026 mövsümündən etibarən, turnirin həlledici oyunu Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) start götürəcək. Çeferinin sözlərinə görə məqsəd bu tamaşaya qoşulmaq istəyən hər kəs üçün oyun gününü xoş etmək və daha rahat bir ab-hava yaratmaqdır. Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının final matçı 2026-cı il mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.