Futbol üzrə dünya çempionatında İspaniya Portuqaliyanı məğlub edib.

Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında ispanlar minimal hesablı qələbəyə sevinib – 1:0.

Matçda 90+1-ci dəqiqədə Mikel Merino dəqiq zərbə müəllifi olub.

Bu qələbədən sonra 1/4 finala yüksələn İspaniyanın növbəti rəqibi ABŞ – Belçika cütünün qalibi olacaq.