Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyununu keçirib.

İlk görüşdə İsveçə uduzan Faiq Qarayevin baş məşqçisi olduğu komanda Estoniya yığması ilə qarşılaşıb.

Matç yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb ( 25:15, 25:14, 25:20).