Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Sabah”ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq.
Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək. “Bayquşlar” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır

















