İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında xizək üzrə kişilərin 7,5 km məsafəyə estafet yarışı başa çatıb.
Yohannes Klebo, Emil İversen, Martin Nyuenqet və Eynar Hedeqartdan ibarət Norveç millisi 1 saat, 4 dəqiqə və 24,5 saniyəlik nəticə ilə birinci yerə sahib çıxıb.
Olimpiada qızıl medallarının sayını 9-a çatdıran Yohannes Klebo bu uğura imza atan ilk idmançı kimi tarixə keçib.
Qeyd edək ki, estafet yarışında Fransa ikinci, İtaliya yığması isə üçüncü olub.











