“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan qapıçı Tərlan Əhmədli ilə yenidən anlaşıb.

Təcrübəli qolkiper növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.

Müqavilənin müddəti 1 illikdir.

Qeyd edək ki, Tərlan Əhmədli 2024-cü ilin yayından “Araz-Naxçıvan” klubunun heyətində yer alır.