Niderlandlı yarımmüdafiəçi Jorjinyo Veynaldum “Əl-İttihad” klubuna keçməyə yaxındır.

Bu barədə məlumatı insayder Ben Ceykobs “X” sosial şəbəkəsində paylaşıb.

Onun sözlərinə görə, 35 yaşlı futbolçu transferi yekunlaşdırmadan əvvəl artıq tibbi müayinədən keçir. Tərəflər “1+1” formulu üzrə müqavilə barədə razılığa gəliblər. Transfer azad agent qaydaları ilə olacaq.

“Çelsi” əvvəllər Veynaldumla maraqlandığını bildirib, lakin London klubu sonda futbolçunu transfer etmək fikrindən daşınıb.

Yarımmüdafiəçinin son klubu bu yay ayrıldığı Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandası olub. O, karyerası ərzində həmçinin “Feyenoord”, PSV, “Nyukasl”, “Liverpul”, PSJ və “Roma”da da oynayıb. “Liverpul”un heyətində İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olub.